Koronavirusdan sağalan insan yenidən COVID-19-a yoluxa bilər? - TƏBİB-dən açıqlama
11.12.2020 09:27

TƏBİB koronavirusa yoluxan insanların yenidən COVID-19-a yoluxmasının mümkünlüyü barədə açıqlama verib.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, şəxsin ikinci dəfə koronavirusa yoluxduğunu təsdiqlətmək üçün sübutların olması lazımdır: “Müəyyən etmək lazımdır ki, bu adam həqiqətən daha əvvəl xəstələnib, qanında müəyyən anticisimlər əmələ gəlib. Həmin adam ikinci dəfə test verdikdə pozitivlik aşkarlanarsa, onun ilk yoluxma zamanında olan simptomları, qanındakı qoruyuculuq araşdırıldıqdan sonra bunu təkrar yoluxma faktı kimi təsdiq edə bilərik”.

 

Dünyada təkrar yoluxma hallarının mövcud olduğunu deyən N.Mustafayeva qeyd edib ki, dünyada 60 milyondan çox insan koronavirusa yoluxub. Onların arasından bir neçə nəfərin virusa yoluxması təhlükəli hal deyil:

 

“Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələlik mümkün deyil. 60 milyon yoluxmanın qarşılığında ikinci dəfə baş verən yoluxma rəqəmi elə olmalıdır ki, biz deyə bilək ki, təkrar yoluxma mümkündür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub