Ukraynada yanvar ayının əvvəlinə gündəlik 20-25 min COVID-19-a yoluxma halı proqnozlaşdırılır
10.12.2020 21:43

Ukrayna hökuməti yanvar ayının əvvəlində yeni növ koronavirus infeksiyası hallarının sayının gündə 20-25 min olacağını gözləyir. Tibb sisteminin çökməsinin qarşısını almaq üçün hökumət yanvar ayının əvvəlində karantini sərtləşdirməyi planlaşdırır.

Aztibb.az xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal “Ukraynskaya pravda”ya verdiyi müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, karantinin sərtləşdirilməsi tibb sistemini çökdürə biləcək vəziyyətin - gün ərzində 32 minə qədər yoluxma faktı ilə üzləşmək təhlükəsinin qarşısını almağa imkan verəcək.

Xatırladaq ki, Ukraynada karantin yanvarın 8-dən 24-dək sərtləşdiriləcək. Bu müddət ərzində mədəni-kütləvi tədbirlər qadağan ediləcək, tədris prosesi dayandırılacaq, ictimai-iaşə müəssisələri bağlanacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub