“Sinovac” peyvəndi əksər ölkələr üçün daha əlverişlidir
10.12.2020 13:14

Bir çox ölkənin COVID-19 əleyhinə peyvənd istehsal etmək üçün qlobal yarışa çıxdığı bir vaxtda, Çin özünün COVID-19-a qarşı hazırladığı uğurlu vaksinlərindən biri olan “Sinovac” vaksinini artıq xaric ölkələrə təqdim etmək istiqamətində böyük addımlar atır.

 

Aztibb.az BBC-yə istinadla xəbər verir ki, Pekində yerləşən “Sinovac Biotech” şirkətinin hazırladığı COVID-19 peyvəndi kütləvi peyvənd kampaniyası keçirməyə hazırlaşan İndoneziyaya gətirilib və yanvar ayına qədər bu ölkəyə 1.8 milyon doza əlavə vaksin də göndərilməsi nəzərdə tutulur.

 

Ancaq adıçəkilən vaksinin yoxlanılması üçün hələ son mərhələdəki sınaqlar bitmədiyi dövrdə belə bir sual ortaya çıxır: Çinin COVID-19 əleyhinə bu vaksini haqqında nələri bilirik?

 

BBC-nin yazısında bildirilir ki, “Sinovac” vaksini təsirsiz hala gətirilmiş peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

 

Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə müsahibəsində bildirib ki, "Sinovac" vaksini digər bir sıra xəstəliklərə qarşı da uğurla istifadə olunan peyvəndlərdən biridir.

 

Vurğulanır ki, "Sinovac" vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. “Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu qeyd edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub