TƏBİB: Hər kəs öz evinin “qoruyucu qəhrəmanı” olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər
10.12.2020 13:12

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) öz “Facebook” səhifəsində COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə əhaliyə müraciət edib.

 

Aztibb.az bildirir ki, müraciətdə deyilir: “Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də aralarında olduğu minlərlə insanın koronavirusa yoluxması bu bəlanın nəfəs qədər yaxınımızda hiss etməyimizə səbəb olur.

 

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda, onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin “qoruyucu qəhrəmanı” olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.

 

Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.

 

Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur. Biz birlikdə güclüyük”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub