Belarus koronavirus səbəbiylə yerüstü sərhədlərindən çıxışı bağlayır
10.12.2020 12:09

Belarus səlahiyyətliləri koronavirus pandemiyası səbəbindən dövlət yerüstü sərhədlərindən çıxışları bağlayır.

 

Aztibb.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nazirlər Kabinetinin qərarında deyilir.

 

Sənəd COVID-19 xəstəliyinə səbəb olan infeksiyanın yayılmasının qarşısını almaq üçün qəbul edilən 8 aprel qərarında dəyişikliklər nəzərdə tutur.

 

Qərarda deyilir: "Belarus Respublikası vətəndaşları, habelə Belarus Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbilərə Belarus Respublikasının dövlət sərhədindən çıxış müvəqqəti dayandırılsın". Məhdudiyyət yol buraxılış məntəqələri, sadələşdirilmiş nəzarət məntəqələri, dəmir yolu vağzalları və stansiyaları, eləcə də çay limanlarındakı nəzarət məntəqələrinə aiddir. Dəyişikliklər sənədin imzalanmasından 10 gün sonra qüvvəyə minəcək.

 

Sənəddə giriş məhdudiyyətlərinin tətbiq olunmadığı bildirilir, lakin ölkəyə gələnlərin Belarus Respublikasına gəldikləri tarixdən etibarən 10 təqvim günü ərzində özlərini təcrid etmələri vurğulanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub