"Düzgün toplanılan nümunələr laborator nəticələrin dəqiqliyinə birbaşa təsir göstərir"
10.12.2020 11:19
“Düzgün toplanılan və düzgün saxlanılan nümunələr laborator nəticələrin dəqiqliyinə birbaşa təsir göstərir”.
 
Mərkəzi Gömrük Hospitalının həkim-laborantı Dr. Səbinə İbrahimova "ATV Qərargah" verilişində koronavirus infeksiyasının laborator diaqnostikası barədə ətraflı məlumat verib.
 
Həkim bildirib ki, koronavirusdan şübhələnən hər kəs öncə xəstəliyə görə test verməlidir. Düzgün aparıldıqda belə, əsas laborator müayinə üsulu olan PZR testin həssaslığı 70-80% təşkil edir və yanlış mənfi nəticələrin olması mümkündür. Buna yol verməmək üçün, ÜST-ün tövsiyələrinə görə əlavə olaraq qanın seroloji müayinəsini aparmaq lazımdır.
 
"Laborator diaqnostika fiziki müayinədən başlayır", - deyən S.İbrahimova nümunələrin düzgün şəkildə yuxarı tənəffüs selikli qişalarından tam təhlükəsiz şəkildə toplanılması və laboratoriyaya nəql olunmasının mühüm məsələ olduğunu söylədi. Həmçinin qeyd etdi ki, test verməmişdən 2-3 saat öncə pasiyent qida qəbul etməməlidir. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub