İran koronavirusa qarşı peyvəndin sınaqlarına başlayır
09.12.2020 15:00

İran koronavirusa qarşı öz istehsalı olan peyvəndin insanlar üzərində sınaqlarına başlanıldığını açıqlayıb.

 

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

 

“Yerli istehsal olan koronavirusa qarşı peyvəndin insanlar üzərində sınaqları başladı. Sınaqlar bir ay ərzində könüllülər üzərində aparılacaq”, - İranın Qida və Dərman Məhsullarına Nəzarət İdarəsinin nümayəndəsi Kianuş Cahanpur deyib.

 

Onun sözlərinə görə, peyvənd 18-50 yaş arası olan və koronavirus testi mənfi çıxan könüllülərə iki dəfə vurulacaq: “Vaksinasiyadan sonra antikorların və immunitetin səviyyələri yoxlanılacaq”.

 

Xatırladaq ki, daha əvvəl İranın Səhiyyə naziri Səid Namaki yerli peyvəndin gələn ilin yazına qədər sənaye istehsalına hazır olacağına ümid etdiyini bildirmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub