Abşeronda COVID-19 əleyhinə növbəti genişmiqyaslı reyd keçirildi
09.12.2020 14:56

Abşeron rayonunda COVID-19 əleyhinə həyata keçirilən maarifləndirmə tədbirləri bu gün də davam etdirilib. 

 

Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində Rayon İcra Hakimiyyətinin əməkdaşlarından, bələdiyyə və nümayəndəliklərin üzvlərindən, polis əməkdaşlarından və könüllülərdən ibarət yaradılan mobil qruplar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir.

 

Mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVID-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparıb, sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarına ciddi əməl etməyi təşviq etmək, yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVID-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.

 

Reyd zamanı karantin qaydalarını pozan şəxlər müəyyən edilərək qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

 

Təbliğat və reydlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub