İsveç də yaxın vaxtlarda vaksinasiya prosesinə başlayacaq
09.12.2020 11:34

Daha bir Avropa ölkəsi koronavirusa qarşı hazırlanan peyvənddən istifadəyə hazırlaşır.

 

İsveç hökuməti vaksinlərin tətbiqinə hazır olduğunu açıqlayıb. Ölkənin səhiyyə naziri Lena Hallenqren peyvəndlərin ölkəyə çatdığı an tətbiqin reallaşacağını bildirib.

 

O, koronavirusa qarşı hazırlıqların davam etdiyini, vaksinlərin saxlanılması üçün addımların atıldığını bildirib.

 

İsveç hökuməti COVID-19 vaksini üçün 6 fərqli müqavilə imzalayıb, firmalardan yollanan peyvəndlər vətəndaşlara 11 yanvardan etibarən vurulacaq.

 

Qeyd edək ki, bu günə qədər İsveçdə 297 min 732 nəfər koronavirusa yoluxub, 7200 nəfər vəfat edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub