Gürcüstanda və Ermənistanda koronavirusla bağlı son vəziyyət
09.12.2020 11:10

Gürcüstanda ötən sutkada koronavirusa 4 734 yeni yoluxma halı qeydə alınıb, 3 895 nəfər müalicə olunaraq evə buraxılıb, 38 pasiyent isə vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

İndiyədək qonşu ölkədə COVID-19-a yoluxması təsdiqlənən şəxslərin sayı 174 383 nəfər təşkil edir. Onların 145 287-si sağalıb, 1 614-ü isə dünyasını dəyişib.

 

Hazırda karantin rejimində 1 126, stasionar nəzarətdə isə 6 900 nəfər saxlanılır. 3 689 nəfər isə xüsusi otellərdə müalicə alır.

 

Ermənistanda daha 1 138 nəfərdə koronavirus aşkarlanıb.

 

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 144 066 olub.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 21 nəfər artaraq 2 393-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 601-ə yüksəlib. İndiyədək 120 532 nəfər infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 20 540 aktiv koronavirus xəstəsi var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub