İstanbulda günlük 92 mindən artıq vətəndaş COVID-19 testindən keçiriləcək
09.12.2020 10:00

İstanbulda günlük 92 min 500 nəfər COVID-19 testindən keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, alınan nümunələr 16-sı dövlət, 30-u özəl olmaqla, ümumilikdə 46 laboratoriyada yoxlanılacaq. Şəhərdə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə 5 min 657 nəfərdən ibarət 1953 COVID-19 nəzarət qrupu fəaliyyət göstərir.

 

Avqustun 21-dən bu günədək İstanbulda COVID-19 tədbirlərini əhatə edən qadağaların pozulması ilə bağlı 21 min 678 nəfər cərimə olunub və iş yerinə xəbərdarlıq edilib, 271 iş yerinin fəaliyyəti müvəqqəti dayandırılıb, 8 min 254 nəfərə hüquqi cəza tətbiq edilib.

 

Qeyd edək ki, Türkiyədə COVID-19 virusu qeydə alındığı ilk gündən indiyədək ən çox yoluxma faktı İstanbulda qeydə alınıb. Hazırda Türkiyənin bütün bölgələrində olduğu kimi, İstanbulda da kafe, restoran, əyləncə mərkəzi, idman salonu və bu kimi bir demək olar ki, bütün ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb və ya tamamilə dayandırılıb, alış-veriş mərkəzlərinə girişlərə isə əhalinin xüsusi nəzarət kodu vasitəsilə icazə verilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır