"Sinovac" şirkəti COVID-19-a qarşı peyvənd istehsalını ikiqat çoxaldacaq
09.12.2020 09:10

Çinin "Sinovac Biotech" şirkəti COVID-19-a qarşı peyvənd istehsalı gücünü ikiqat artırmaq üçün yerli mənbələrdən 515 milyon ABŞ dolları həcmində vəsait təmin edib.

 

Aztibb.az şirkətin açıqlamasına istinadla xəbər verir ki, vəsait Çində və bir neçə ölkədə "Sinovac Biotech"in COVID-19-a qarşı peyvəndinin ilkin və orta mərhələdə kliniki sınaqlarının müsbət nəticə verməsi ilə onun eksperimental tətbiqi üçün təchizatın genişlənməsini təmin etmək üçündür. Bununla şirkətin hazırkı illik 300 milyon doza peyvənd istehsalı gücü 600 milyon dozaya çatdırılacaq.

 

Qeyd edək ki, "Sinovac Biotech" şirkətinin COVID-19-a qarşı peyvəndi olan "CoronaVac" Çində eksperimental qaydada istifadə olunan 3 vaksindən biridir. Bu vaksinlər artıq xüsusi risk qrupundan olan bir milyon nəfərə vurulub. "Sinovac Biotech"in peyvəndinin hazırda İndoneziya, Türkiyə, Braziliya və Çilidə eksperimental tətbiqi həyata keçirilir, Filippin ilə danışıqlar aparılır. Türkiyə COVID-19-a qarşı 50 milyon doza peyvənd alınması üçün "Sinovac Biotech" şirkəti ilə müqavilə imzalayıb. Bu ay 10 milyon doza peyvənd Türkiyəyə çatdırılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub