Koronavirusa qarşı “Pfizer” peyvəndinin 95 faizlik effektivliyi təsdiqlənib
09.12.2020 09:00

ABŞ-ın ərzaq və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəsi analizlərdən sonra “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladığı koronavirus əleyhinə iki komponentli peyvəndin 95 faizlik effektivliyini təsdiqləyib.

 

Aztibb.az xəbər verir ki, bu effektivlik səviyyəsi vaksinin ikinci dozası vurulduqdan yeddi gün sonra qeydə alınır. İlk dozadan sonra vaksinin effektivliyi 82 faizə bərabər olur. Effektivlik səviyyəsinin sonradan enib-enməməsi hələlik məlum deyil.

 

Qeyd edək ki, bir müddət öncə “Pfizer” və “BioNTech” şirkətləri hazırladıqları peyvəndin koronavirusdan 95 faizlik müdafiəni təmin etdiyi barədə məlumat yaymışdı. Yeni preparat özündə törədici barədə genetik informasiya daşıyan gen vaksinləri qrupuna aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub