Çinin “Sinovac” vaksini sınaqlarda 97 faiz effektivlik göstərib
08.12.2020 17:52

Koronavirusa qarşı “Sinovac” vaksininin sınaqları üzrə aralıq məlumatlarına əsasən, Çin preparatı 97 faiz effektivlik göstərib.

 

Aztibb.az xəbər verir ki, bu barədə İndoneziyanın dövlətə məxsus “Bio Farma” əczaçılıq kompaniyası məlumat yayıb.

 

“Bir ay boyunca klinik sınaqlar aparan qrupumuz “Sinovac” vaksininin 97 faizə qədər effektivlik göstərdiyini qeydə alıb”, - deyə kompaniyanın nümayəndəsi İvan Setiavan bildirib.

 

Kompaniya yerli tənzimləyicinin yanvarın sonunadək “Sinovac” vaksininin fövqəladə vəziyyətlərdə istifadəsinə icazə verəcəyini gözləyir.

 

Bir qədər əvvəl İndoneziya Prezidenti Coko Vidodo cari ilin sonlarına qədər ölkədə koronavirus əleyhinə kütləvi vaksinasiyanın başlaya biləcəyini deyib. Prezidentin sözlərinə görə, vaksinin təhlükəsizliyi bu məsələdə prioritet təşkil edir. İlk növbədə tibb müəssisələrinin işçiləri, polis əməkdaşları və hərbçilər peyvənd olunacaq.

 

İndoneziya ilk mərhələdə Çinin “Sinovac” və “Sinopharm” kompaniyalarının vaksinlərindən istifadə edəcək. Ölkəyə çatdırılacaq 18 milyon peyvənd dozasından 15 milyonu yerli Bio Farma” əczaçılıq kompaniyası tərəfindən istehsal olunacaq. Ümumilikdə isə İndoneziya 250 milyon vaksin dozasının tədarükü barədə müqavilə imzalayıb. Müqavilə imzalanan kompaniyalar arasında Amerikanın “Novavax” şirkəti də var.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər