ABŞ-da COVID-19-dan həftəlik ölüm sayı son 8 ayın pik nöqtəsinə çatıb
08.12.2020 17:38

Son yeddi gündə ABŞ-da COVID-19-dan 15 658 nəfər ölüb və bu, həftəlik ifadədə aprel ayından bəri ən yüksək ölüm göstəricisidir. Pandemiya qurbanlarının ümumi sayı dekabrın 7-dək olan müddətdə 283 703 nəfər təşkil edib.

 

Bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatlarında deyilir.

 

Son statistikaya əsasən, təkcə dekabrın 2-dən etibarən ABŞ-da koronavirusa yoluxma hadisələrinin sayı bir milyondan çox artaraq ümumilikdə 14 954 331-ə çatıb.

 

“Vəziyyət elədir ki, Şükran gününü arxada qoyub Milad bayramına doğru gedirik. Bu vəziyyət çətin olacaq”, - ABŞ-nin baş infeksionisti, Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında deyib.

 

Telekanal qeyd edir ki, amerikalı səlahiyyətlilər əhalini koronavirusa qarşı peyvəndləməyə başlayıb və yanvarın 20-dək – ölkənin seçilmiş prezidentinin andiçmə mərasimi gününə qədər onmilyonlarla insane peyvənd vurulmasına çalışır. Lakin ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Aleks Azar hesab edir ki, yaxın həftələrdə yoluxma sayının artmasına dair ümumi tendensiya qorunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər