Bu ölkə koronavirusa qarşı öz peyvəndini sınaqdan keçirməyə hazırlaşır
07.12.2020 23:31

Vyetnam dekabrın 10-dan etibarən koronavirus əleyhinə öz peyvəndinin könüllülər üzərində sınaqlarının ilk fazasına başlayacaq.

 

Aztibb.az Vyetnam hökumətinin internet-portalına istinadla xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən üç vaksin istehsalçısı intensiv şəkildə koronavirus əleyhinə preparatın hazırlanması ilə məşğuldur. Onların hamısı bu yaxınlarda heyvanlar üzərində sınaq mərhələsini başa çatdırıb. “Nanogen” əczaçılıq şirkətinin preparatı isə insanlar üzərində sınağa hazır vəziyyətə gətirilib.

 

“Nanogen” şirkəti dekabrın 10-da Vyetnam Hərbi Tibb Universiteti ilə birgə könüllülər üzərində sınaqların ilk mərhələsinə başlayacaq”, - deyə ölkənin səhiyyə naziri Nquen Than Lonq bildirib.

 

Qeyd edək ki, pandemiyanın statistikasını aparan "Worldometer" saytının son məlumatına əsasən, pandemiyanın əvvəlindən bu yana Vyetnamda koronavirusa yoluxanların sayı 1367 nəfər, infeksiya səbəbindən ölənlərin sayı isə 35 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər