Türkiyədə COVID-19 xəstələri və onlarla ünsiyyətdə olanların təcrid müddəti azaldılıb
07.12.2020 17:09

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələr və onlarla yaxın ünsiyyətdə olan şəxslərin karantin müddətinin 14 gündən az vaxta endirilməsilə bağlı qərar verilib.

 

Türkiyə Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, qərarda bildirilib ki, COVID-19 test nəticələri pozitiv olan, özünütəcrid şəraitində evdə müalicəsi tövsiyə edilən xəstələrin karantin müddəti səhhətlərində hər hansı bir xəstəlik əlaməti olmadığı halda 10 gün müddətinə başa çatır. Bu şəxslərin COVID-19-la mübarizə tədbirləri şərtlərinə düzgün əməl etməklə aktiv sosial həyata qatılmaları məqbuldur.

 

Bundan başqa, COVID-19 infeksiyasına yoluxan xəstə ilə yaxın ünsiyyətdə olan və simptomları olmayan şəxslər üçün karantin müddəti 8 gün olub. Həmin şəxslər təcridin 5-ci günündə testdən keçməlidirlər. Nəticə neqativ çıxarsa, təcridin 8-ci günündə normal həyata qayıda bilərlər.

 

Qərarda o da qeyd olunub ki, karantin müddətinin azaldılması Qocalar evlərində, islah əmək müəssisələrində çalışanlara, zəif müqavimətli, xroniki xəstəlikləri və digər riskli xəstəlikləri olanlara şamil olunmur.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır