Rusiyada rekord göstərici - Qonşu ölkələrdə son vəziyyət
06.12.2020 18:24

Rusiyada son bir gündə 29 min 39 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir. 

 

Aztibb.az "worldometers"ə istinadən bildirir ki, 24 saat ərzində 457 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 43 min 141 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 1 milyon 937 min 738 nəfər sağalıb.

 

Ölkə üzrə ümumilikdə 2 milyon 460 min 770 nəfər insan koronavirusa yoluxub.

 

Gürcüstanda son 24 saat ərzində daha 4 321 nəfərdə COVID-19 aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 162 min 475-ə çatıb.

 

Ölkədə sutka ərzində daha 42 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 504-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 133 min 511 nəfərdir.

 

Ermənistanda son sutka ərzində daha 978 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 141 min 937 nəfərə çatıb. Daha 17 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 326-ya çatıb. Ümumilikdə sağalanların sayı isə 116 min 796 nəfərdir.

 

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub