Çinin COVID-19-la mübarizədə uğur qazanmasının səbəbi
06.12.2020 14:46

Rusiyanın Seçenov Universitetinin professoru Artyom Qil Çinin Avropa və ABŞ-la müqayisədə koronavirusla mübarizədə uğur qazanmasının səbəbini açıqlayıb.

 

Aztibb.az bildirir ki, professorun sözlərinə görə, Pekinin uğurunun sirri hökumətin "drakon qanunları" tətbiq etməsi olub. Tsindao şəhərində görülən tədbirləri nümunə göstərən A.Qil bildirib ki, sözügedən ərazidə oktyabr ayında 13 yoluxma qeydə alınıb. Bu isə Çin üçün fövqəladə vəziyyət hesab olunub.

 

Virusun yayılması xəstəxanalardan birində baş verib. Hökumət ilk növbədə baş həkimi, şəhərin səhiyyə komissiyasının sədrini işdən çıxarıb. Bundan sonra bir neçə gün ərzində şəhərin 11 milyon əhalisi testdən keçirilib. Əhalinin maksimal nəzarətdə saxlanması və kontaktların izlənməsi sayəsində virusun yayılmasının qarşısı alınıb.

 

Ekspert həmçinin qeyd edib ki, Çin koronavirusa yeni yoluxma hallarının sayını sərt şəkildə alır.

 

"Hətta elə hallar olur ki, Çin hökuməti göyərtəsində testdən keçməmiş sərnişin olanı təyyarəni də geri qaytarıb", - deyə A.Qil bildirib.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib