Avstriyada təhsil işçiləri üçün koronavirusla bağlı kütləvi testlərə start verilib
05.12.2020 18:01

Avstriyanın Forarlberq, Tirol və Vyana federal əyalətlərində bu həftəsonu baş tutan kütləvi koronavirus testləri ilə yanaşı, ölkənin digər altı federal əyalətində (Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenlandç Ştiriya, Karintiya və Zaltsburq) məktəbəqədər və ümumtəhsil tədris müəssisələrinin işçiləri üçün də kütləvi testlərə start verilib.

 

Aztibb.az xəbər verir ki, testlərin məqsədi dekabrın 7-də bərpa olunacaq tədris prosesi üçün pedaqoji heyətdəki epidemioloji vəziyyəti müəyyən etməkdir. Avstriyanın Federal Təhsil naziri Haynts Fassman bildirib ki, testlər üçün ölkə üzrə müəllimlərin 65 faizi qeydiyyatdan keçib. Könüllülük prinsipi əsasında aparılan testlərdə daha çox tədris işçisinin iştirak edəcəyi ehtimal olunur.

 

Nazir, həmçinin bildirib ki, dekabrın 7-də tədrisin mümkün qədər təhlükəsiz startına töhfə verəcək kütləvi testlər yaxın gələcəkdə təkrarlanmalıdır. Bu yolla bir tərəfdən məktəblərdə pedaqoji heyətin sağlamlığı diqqət mərkəzində saxlanılacaq, digər tərəfdən isə məktəbləri təhlükəsiz və infeksiya ocağına çevrilməyən bir məkan olmasını təmin edəcək.

 

Dekabrın 5-6-da keçiriləcək antigen testləri üçün ölkə üzrə yüzədək test mərkəzi yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər