Cənubi Koreya paytaxtında karantin rejimi daha da sərtləşdirilib
05.12.2020 17:25

Cənubi Koreyada son günlər COVID-19 virusuna sutkalıq yoluxma hallarının əhəmiyyətli dərəcədə çoxalması səbəbindən paytaxt Seulda karantin rejimi yenidən sərtləşdirilib.

 

Aztibb.az Yonhap agentliyinə istinadla xəbər verir ki, şəhər meriyasının qərarı ilə dekabrın 5-dən başlayaraq hər gün saat 21:00-dan sonra bütün ümumi məkanların, o cümlədən ticarət mərkəzlərinin, kinoteatrların, tədris kurslarının, gözəllik salonlarının fəaliyyətinə 2 həftəlik qadağa tətbiq olunacaq. Yalnız kiçik ərzaq mağazalarının və gündəlik tələbat malları dükanlarının 24 saat fəaliyyət göstərməsinə icazə veriləcək. Restoranlar isə çatdırılma və "al-apar" prinsipi ilə işləyə biləcək. Bundan başqa, 10 milyon sakinin yaşadığı Seulda ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılacaq, sutkalıq rejimdə çalışan ictimai məkanların fəaliyyəti isə dayandırılacaq. Dövlət qurumlarının gündəlik işə çıxan əməkdaşlarının sayı 50 faizi ötməməlidir.

 

Qeyd edək ki, virusa yoluxma hallarının çoxalması səbəbindən noyabrın 24-də paytaxt Seulda və ətrafında karantin rejimi sərtləşdirilmişdi. Həmin qərarla gecə klublarının fəaliyyəti dayandırılmış, kafe və restoranların, qapalı idman zallarının fəaliyyəti saat 21:00-dan sonra qadağan olunmuşdu. Ötən ayın əvvəlində Seulda gündəlik 30-50 yoluxma qeydə alınırdısa, artıq noyabrın 18-də bu rəqəm 3 rəqəmli ədədlə ifadə olunurdu. Ötən sutka Cənubi Koreya paytaxtında 295 yoluxma, ölkə üzrə isə 629 yoluxma qeydə alınıb ki, bu rəqəm martın 2-dən sonra ən yuxarı göstəricidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub