İtaliyada bir gündə virusdan 814, Fransada 397, Türkiyədə isə 193 nəfər ölüb
05.12.2020 07:16

İtaliyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 24 099 nəfər artıb.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 814 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 58 852 nəfərə çatıb. Ölkədə hazırda 872 385 aktiv koronavirus xəstəsi var, onlardan 3567-si ağır vəziyyətdədir.

 

Fransada COVID-19-a yoluxanların sayı yenidən artıb.

 

Ölkədə 11 221 yeni yoluxma faktı qeydə alınıb, müalicə alan 397 nəfər vəfat edib.

 

İndiyədək Fransada ümumilikdə 2 268 552 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 54 767 nəfər vəfat edib.

 

Türkiyədə COVID-19-dan son sutka ərzində 193 nəfər ölüb.

 

Ölkədə son 24 saatda 194 435 nəfər koronavirus testindən keçib, 6903 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 32 736 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə azalaraq 5703 olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər