Türk alimlər COVID-19-a qarşı burun spreyi hazırlayıblar: spreyin yoluxma sayını azaltması gözlənilir
04.12.2020 22:09

Ankara, Bilkent və Hacettepe universitetləri alimlərinin əməkdaşlığı nəticəsində koronavirusun hüceyrəyə daxil olmasının qarşısını alan sprey hazırlanıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, fərqli bioloji növlərdən alınan DNT molekullarının gen mühəndisliyi texnologiyası ilə kəsilməsi və əldə edilən fərqli DNT-lərin birləşdirilməsini ehtiva edən rekombinant metod sayəsində protein əldə edilib.

 

Burun boşluğuna daxil edilən bu protein molekulu virusun hüceyrəyə daxil olmasının qarşısını alır.

 

İstehsalı və dizaynı Bilkent Universitetində, heyvan təcrübələri Ankara Universiteti Baytarlıq fakültəsində və müxtəlif orqanlarda viral çoxalmaların Hacettepe Universitetində araşdırıldığı dərmanın pre-klinik sınaqlarında müsbət nəticələr əldə edilib.

 

Yaxın günlərdə dərmanın insanlar üzərində sınaqdan keçirilməsinə imkan verəcək mərhələ işi üçün müraciət edilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər