Cənubi Koreya paytaxtında karantin rejimi daha da sərtləşdirilib
04.12.2020 20:11

Cənubi Koreyada son günlər COVID-19 virusuna sutkalıq yoluxma hallarının əhəmiyyətli dərəcədə çoxalması səbəbindən paytaxt Seulda karantin rejimi yenidən sərtləşdirilib.

 

Yonhap agentliyi xəbər verir ki, şəhər meriyasının qərarı ilə dekabrın 5-dən başlayaraq hər gün saat 21:00-dan sonra bütün ümumi məkanların, o cümlədən ticarət mərkəzlərinin, kinoteatrların, tədris kurslarının, gözəllik salonlarının fəaliyyətinə 2 həftəlik qadağa tətbiq olunacaq. Yalnız kiçik ərzaq mağazalarının və gündəlik tələbat malları dükanlarının 24 saat fəaliyyət göstərməsinə icazə veriləcək. Restoranlar isə çatdırılma və "al-apar" prinsipi ilə işləyə biləcək. Bundan başqa, 10 milyon sakinin yaşadığı Seulda ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılacaq, sutkalıq rejimdə çalışan ictimai məkanların fəaliyyəti isə dayandırılacaq. Dövlət qurumlarının gündəlik işə çıxan əməkdaşlarının sayı 50 faizi ötməməlidir.

 

Qeyd edək ki, virusa yoluxma hallarının çoxalması səbəbindən noyabrın 24-də paytaxt Seulda və ətrafında karantin rejimi sərtləşdirilmişdi. Həmin qərarla gecə klublarının fəaliyyəti dayandırılmış, kafe və restoranların, qapalı idman zallarının fəaliyyəti saat 21:00-dan sonra qadağan olunmuşdu. Ötən ayın əvvəlində Seulda gündəlik 30-50 yoluxma qeydə alınırdısa, artıq noyabrın 18-də bu rəqəm 3 rəqəmli ədədlə ifadə olunurdu. Ötən sutka Cənubi Koreya paytaxtında 295 yoluxma, ölkə üzrə isə 629 yoluxma qeydə alınıb ki, bu rəqəm martın 2-dən sonra ən yuxarı göstəricidir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib