"Koronavirusa yoluxma sayı yanvar-fevral ayına qədər pik həddə çatacaq"
04.12.2020 15:23

“Düşünürəm ki, sərt karantin rejiminə keçilməsi arzuolunandır”. 

 

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib.

 

O bildirib ki, bu dönəmdə bakterial infeksiyaların işə qarışması ilə immun sistemini çökdürməsi nəticəsində COVID-in də ortaya çıxması halları ilə rastlaşırıq: "Ona görə həmin vaxt koronavirus yoluxma sayının pik həddə çatacağını düşünürük. Say olaraq rəqəm demək qeyri-mümkündür. Karantin qaydalarına əməl olunmazsa, bu rəqəm indiki sayın 2-3 qatına qədər arta bilər".

 

İnfeksionist qeyd edib ki, Azərbaycanda da koronavirusa təkrar yoluxma halları var: "Koronavirusa yenidən yoluxma halları var. Bu hal mümkündür. Hazırda bizdə də bu hallar öz təsdiqini tapır. Düşünürəm ki, sərt karantin rejiminə keçilməsi arzuolunandır. Çünki dinamik göstəriciləri ələ almaq üçün sərt karantin rejiminə gedilməsi vacibdir".

 

N.Əliyev bildirib ki, koronavirusdan ölən insanlarda səbəblər müxtəlif olur: "Bunlardan ən əsası miakard infarktı, digər xroniki xəstəliklərlə bağlı ürək-ağciyər çatışmazlığı ola bilər. Bu hallarla rastlaşırıq. Hazırda koronavirusdan daha çox yaşlı insanlar vəfat edir. Amma bu, cavanlarda ölüm halı olmur demək deyil".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər