Ukrayna, Gürcüstan və Ermənistanda COVID-19-la bağlı SON VƏZİYYƏT
04.12.2020 13:43

Dünən Ukraynada 15 min 131 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. 

 

Ümumilikdə gün ərzində 74 min 880 koronavirus testi götürülüb. Yeni yoluxma hallarının əksəriyyəti Kiyev şəhərində (1374), Dnepropetrovsk (1258), Odessa (1211), Zaporojye (1106) və Kiyev (988) bölgələrində təsdiqlənib.

 

Pandemiyanın başlanğıcından bəri ölkədə ümumilikdə 787 min 891 nəfər yoluxub, 13 min 195 (+235) nəfər vəfat edib, 397 min 809 (+13 min 383) nəfər sağalıb. Aktiv xəstələrin sayı 390 min 82 nəfərdir.

 

Gürcüstanda son sutkada5 068 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 336 nəfər sağalıb, 38 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 152 704 yoluxma halı təsdiqlənib. Yoluxanların 126 904-ü sağalıb, 1 425-i isə dünyasını dəyişib.

 

Karantin zonalarında 1 974, stasionar nəzarətdə 6 561 nəfər var. 3 867 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

 

Ermənistanda isə daha 1 184 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 139 692 olub.

 

Ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 2 277-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 583-ə yüksəlib. İndiyədək 114 990 nəfər infeksiyadan sağalıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub