Koronavirusa təkrar yoluxma halları daha ağır nəticələr verir  
04.12.2020 13:03

Yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma daha ağır nəticə verə bilər. Dünyada koronavirusa təkrar yoluxma halları artmaqda davam edir və hətta təkrar yoluxmadan ölüm halları da qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, infeksiya mutasiyaya uğradığına görə virusa təkrar yoluxma daha ağır nəticələr verə bilir. Birinci yoluxmadan sonra sağalanlarda yaranan immunitet isə maksimum bir-iki ay davam edir.

 

Aztibb.az xəbər verir ki, Dövlət Gömrük Hospitalının həkim-radioloqu Eldəniz Hüseynov deyib: “Təkrar yoluxma ehtimalı ola bilər, amma bu, virus mənşəli xəstəlik olduğuna görə qanda orqanizmi qoruyan anticisimlər əmələ gəlir. Bəzi xəstələrdə həmin hissəciklər çox tez yaranır və çox yüksək səviyyəyə çatır, bəzi xəstələrdə gec yaranır və heç də yüksək səviyyəyə qalxmır. Əgər qanda anticisimlərin miqdarı az olarsa və COVID-19-la birlikdə immun çatışmazlığı xəstəlikləri olarsa, onda təkrar yoluxma ehtimalı yüksək olur”.

 

Onun dediyinə görə, koronavirus təkcə ağciyərlərin deyil, bütün orqanizmin xəstəliyidir. Lakin onun ən böyük fəsadı özünü ağciyərlərdə göstərir: “Xəstəlik əvvəlcə yuxarı tənəffüs yollarında başlayır, sonra aşağı tənəffüs yollarına və ağciyərə yayılır. Onun ağırlığı ağciyərlərin zədələnmə dərəcəsi ilə əlaqədardır. Ağciyər çox miqdarda zədələnibsə, onda xəstəlik ağır keçir, hətta ölümə səbəb olur. İlk dalğada yoluxmuş xəstələrdən sonralar əldə edilən məlumatlara görə, ağciyərlərdə olan dəyişikliklər bir müddətdən sonra sağalır və heç bir iz qalmır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər