Koronavirusa yoluxan Hacı Nurandan AÇIQLAMA - “Nə qədər qaçmağa çalışsam da, bulaşdım"
04.12.2020 10:13

Tanınmış teleaparıcı Hacı Nuran Hüseynov koronavirusa yoluxub.

 

Aztibb.az xəbər verir ki, bu barədə onun özü məlumat verib:

 

"Nə qədər qorunmağa cəhd etsəm də, nə qədər qaçmağa çalışsam da, əsrin bəlası mənə də bulaşdı. Əslində, mən bir bəla ilə vuruşmuşam və qalib də gəlmişəm. Amma bildiyiniz kimi, mən risk qrupuna aidəm və mənə koronavirusa yoluxmaq qəti yolverilməz idi. Amma nə edəsən ki, işimə olan sevgim bəzən mənim həyata olan sevgimi üstələyir. Qalib xalqın yanında olmaq, şəhid və qazi ailələri ilə görüşmək, erməni terrorundan əziyyət çəkmiş insanlarla görüşmək üçün günlərlə, bəzən də sutkalarla gərgin işləmək, neçə-neçə insanla görüşmək lazım gəlirdi. Bilirdim ki, risk edirəm, həyatımı təhlükəyə atıram. Amma yenə də irəli gedirdim. Bu da nəticəsi. Çoxları kimi mən də COVID-19-a yoluxdum və indi də xəstəxanadayam. Mənim üçün dua edin dostlar..."

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər