ÜST Afrika ölkələrini koronavirus əleyhinə peyvəndə ciddi hazırlaşmağa çağırır
04.12.2020 09:52

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika ölkələrini əhalinin yeni növ koronavirus əleyhinə peyvənd edilməsi prosesinə fəal hazırlaşmağa çağırıb.

 

ÜST-ün məlumatına görə, hazırda Afrika kontinentin tarixində ən böyük peyvənd kampaniyası olacaq COVID-19 əleyhinə peyvənd prosesinə hazır deyil.

 

ÜST-ün Afrikadakı regional bürosunun direktoru Matşidiso Moetinin sözlərinə görə, kontinent koronavirus əleyhinə kampaniyaya hazırlığı təcili olaraq aktivləşdirməlidir.

 

Güman edilir ki, bütün ölkələri ədalətli əsasda vaksinlə təmin etmək üçün yaradılan “COVAX” beynəlxalq mexanizminin köməyi ilə ilkin mərhələdə qitə əhalisinin 20 faizini koronavirusdan qorumaq mümkün olacaq.

 

ÜST-ün hesablamalarına görə, Afrikaya COVID-19 əleyhinə vaksinləmə üçün 5,7 milyard dollar tələb olunacaq. Prosesə inyeksiya materiallarının və peyvəndin çatdırılması əlavə olunarsa, həmin məbləğin 15-20 faiz artacağı bildirilir. Bunun üçün yalnız səhiyyə sahəsində təlim keçmiş mütəxəssislər deyil, həm də zəncirvari təchizat, müvafiq logistika və əhalinin səfərbərliyi tələb olunur. Qitədəki əhalinin 60 faizini kollektiv immunitetlə təmin etmək üçün hər adama iki doza olmaqla 1,5 milyard dozalıq vaksin tələb olunur. Afrikada vaksinləmə 2021-ci ilin ikinci rübündən gec olmayaraq başlaya bilər.

 

ÜST-ün regional ofisinin statistikasına görə, noyabrın 30-da Afrikada yoluxmaların sayı 2,16 milyon nəfəri ötüb, ölüm hallarının sayı isə 51,7 minə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub