Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktika tədbirləri gücləndirilib
03.12.2020 17:20

Paytaxt Bakı ilə yanaşı, Sumqayıtda də polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət mobil qruplar vasitəsilə şəhərin hər bir küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.

 

Reydlər zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar və buna biganə qalan obyektlərin əməkdaşları müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Tədbir zamanı sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların və alıcıların diqqətinə çatdırılıb.

 

Reyd zamanı, həmçinin ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyənləşdirilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah olunub.

 

Daxili İşlər Nazirliyi vətəndaşlarımıza bir daha müraciət edərək, koronovirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl olunmasını xahiş edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub