Gözəl və sağlam qalmağın 9 SİRRİ
03.12.2020 14:19

Düzgün seçilən məhsullar insanın sağlamlığına, gözəlliyinə, gəncliyinə faydalı təsir göstərir

 

Aztibb.az Medikforum.ru-ya istinadən həmin faydalı məhsulları təqdim edir:

 

Kivi

 

Kivi yeyən insanların dərisi daha çox hamar və elastik olur. Kivi qocalma prosesini ləngitmək və kollagen istehsalını stimullaşdırmaq üçün lazım olan çox miqdarda C vitaminini ehtiva edir.

 

Yaşıl lobya

 

Yaşıl paxlalılarda saçlara güc və parıltı verən silisium var. Lobya yeməyi çox insan sevməsə də, bu məhsulun köməyi ilə istədiyiniz gözəl və gənc görüntüyə sahib ola bilərsiz. Salatlara əlavə edin, qovurun və ya sadəcə qaynadıb yeyin. İstənilən formada məhsul istehlakı orqanizm üçün xeyirdir.

 

Xardal

 

Xardal dənəciklərinin və ya toz formasının qəbulu bədəni antioksidantlarla və dəmirlə doyurmağa kömək edir, dərini parlaq və hamar edir. Antioksidantlar sayəsində iltihab aradan qaldırılır, məsamələr sıxılır və dəmir dərinin parıltısını bərpa etməyə kömək edir.

Qeyd edək ki, burada marketlərdə satılan qablaşdırılmış xardallar nəzərdə tutulmur. 

 

Alma

 

Gündə bir alma yemək dişləriniz üçün çox faydalıdır. Bu, onları gözəl və təmiz göstərəcək, diş həkiminə tez-tez müraciət etməyə ehtiyac qalmayacaq. Məhsul qəhvə, çay, qırmızı şərabdakı ləkələri təmizləməkdə də təsirlidir.

 

Yumurta

Kövrək və qırılan dırnaqlara sahib olan şəxslər qida rasionuna yumurtanı mütləq daxil etməlidir. Biotin dırnaqların gözəlliyi və sağlamlığı üçün çox faydalıdır. Yumurtanın hansı növ olmasının fərqi yoxdur. Bildirçin yumurtası da toyuq qədər faydalıdır.

 

Balqabaq tumu

 

Balqabaq sızanaqlara qarşı effektiv məhsuldur. Tərkibində sink çoxdur. Balqabaq tumu parazitar xəstəliklərə qarşı effektivdir və profilaktik vasitə kimi əladır.

 

Kələm

 

Kələmin tərkbində C vitamininin olması dərini daha elastik, təravətli və rəngli edir. Məhsulun tərkibində olan K vitamini maddələr mübadiləsini tənzimləməyə, yaraların sürətlə yaxşılaşmasına kömək edir, kollagen liflərini gücləndirir. Yalnız ağ kələm deyil, rəngli kələm, lahana, brokoli də eyni dərəcədə təsirlidir.

 

Balıq

 

Balığın tərkibində olan A,B,D,E vitaminləri şübhəsiz ki, insanın gənc qalmasına və gözəlliyinə kömək edir. Həmçinin balıqda olan fosfor və flor dişlər üçün, selenium qırışların qarşısını almaq üçün effektivdir. Balıq və dəniz məhsullarında olan omeqa-3 yağ turşuları qadınların sağlamlığına, gənc və gözəl qalmalarına faydalı təsir göstərir.

 

Çuğundur

 

Çuğunduru mütəmadi olaraq istehlak edərkən saçlarınızı, dırnaqlarınızı daha güclü olduğunun şahidi olacaqsınız. Həmçinin, dəri soyulmasının qarşısını alır və dəridə yaranan zərif qırışları aça bilir. Məhsul xüsusilə öz mövsümündə daha effektli təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza