Dünyada koronavirusdan rekord sayda gündəlik ölüm faktı qeydə alınıb
03.12.2020 12:35

Dekabrın 2-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda – 12 min 376 nəfər həyatını itirib, 634 min 970 yeni yoluxma halı aşkarlanıb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, bundan öncəki rekord 12 min 267 nəfərin öldüyü noyabrın 25-də qeydə alınmışdı.

 

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 844 min 711 nəfərə, ölənlərin sayı isə 1 milyon 499 min 346 nəfərə çatıb. Eyni zamanda, 44 milyon 941 min 481 nəfər sağalıb, müalicəsi davam edən 18 milyon 397 min 941 xəstədən 106 min 458 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 14 milyon 313 mini ötüb. Hindistanda 9 milyon 534 min, Braziliyada 6 milyon 436 min, Rusiyada 2 milyon 347 min, Fransada 2 milyon 244 min yoluxma qeydə alınıb.Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri ABŞ-ın payına düşür - 279 min 865 nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 174 min 531, Hindistanda 138 min 657, Meksikada 107 min 565, Böyük Britaniyada isə 59 min 699 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər