Braziliyada COVID-19 pandemiyası ilə bağlı vəziyyət təhlükəlidir - ÜST
03.12.2020 10:16

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında Braziliyada yeni növ koronavirusun səbəb olduğu ölüm və yoluxma sayının artması ilə əlaqədar vəziyyəti çox narahatedici hal kimi səciyyələndirib.

 

Aztibb.az xəbər verir ki, baş direktor Braziliyada həftədə 319 min yeni yoluxma hadisəsinin qeydə alındığı ən kritik məqamı xatırladıb. T. Qebreyesusa görə bu rekord hədd sayılır: “Braziliya vəziyyətə çox ciddi yanaşmalıdır. Bu, çox ciddi haldır”.

 

Braziliyada son 24 saat ərzində 21 min 138 yoluxma faktı qeydə alınıb ki, bunun da 299-u ölümlə nəticələnib.

 

Sao Paulo yoluxanların sayına (1 milyon 241 min 653 nəfər) görə hələ də Braziliyanın ən öndə gedən ştatıdır. Onun ardınca Minas Jerays (416 min 335 nəfər), Baiya (403 min nəfər) və Rio-de-Janeyro (354 min 354 nəfər) ştatları gəlir.

 

Təxminən 212 milyon əhalisi olan Braziliya dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. Qeyd edək ki, koronavirusdan ölənlərin sayına (6,3 milyondan çox yoluxma faktına nisbətdə 173-dən çox ölüm hadisəsi) görə Braziliya ABŞ-dan sonra ikincidir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib