ÜST-dən yeni Ebola həyəcanı: Konqoda xəstələrinin sayı 6 mini keçib, ölənlərin sayı 3 minə yaxınlaşır
02.09.2026 07:30

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası əvvəlki xəstəlik dalğalarını geridə qoyaraq ölkənin tarixində ən ağır epidemiya mərhələsinə çatıb. Yeni məlumatlara əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 6 mini keçib, ölənlərin sayı isə 3 minə yaxınlaşıb.

Aztibb.az “Əl-Cəzirə” telekanalının məlumatın istinadən yazır ki, hazırda ölkədə sürətlə yayılan Ebola virusunun Bundibugyo ştamına qarşı təsdiqlənmiş vaksin və ya müalicə vasitəsi mövcud deyil.

BMT-nin baş katibi Antonio Quterreş hazırkı epidemiyanı “indiyədək qeydə alınmış ən sürətlə yayılan Ebola epidemiyası” adlandırıb. Virusla yoluxma hallarının sayı səhiyyə işçilərinin yeni yoluxmaları izləmək və onlara vaxtında cavab vermək imkanından daha sürətlə artır.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (Africa CDC) məlumatına görə, bunun səbəblərindən biri yeni yoluxmaların bir qisminin kontaktların izlənilməsi sistemi vasitəsilə müşahidə olunmayan insanlar arasında baş verməsidir.

KDR-in Kommunikasiyalar Nazirliyi sosial media hesabında bildirib ki, ölkədə 6 041 təsdiqlənmiş yoluxma qeydə alınıb. Onlardan 1 366 nəfər sağalıb, 2 911 nəfər ölüb, daha 619 xəstə isə təcrid olunub və ya xəstəxanaya yerləşdirilib.

Epidemiyanın qarşısının alınmasına mane olan amillər

Epidemiyaya qarşı mübarizə bir sıra ciddi çətinliklərlə üzləşir. Yoluxma hallarının böyük hissəsi KDR-in şərq əyalətlərində cəmlənib. Əhalinin sıx məskunlaşdığı bu ərazilərdə silahlı münaqişələr, insanların məcburi köçkün vəziyyətinə düşməsi və əvvəldən mövcud olan humanitar problemlər vəziyyəti daha da mürəkkəbləşdirir.

“Sərhədsiz Həkimlər” beynəlxalq tibbi-humanitar təşkilatının məlumatına görə, mövcud səhiyyə ehtiyacları ilə yanaşı, hava limanlarının bağlanması və uçuşlara tətbiq edilən məhdudiyyətlər də tibbi yardımın göstərilməsini çətinləşdirir. Bu vəziyyət tibb işçilərinin bölgələrə çatdırılmasına, diaqnostika prosesinə, xəstələrin digər tibb müəssisələrinə yönləndirilməsinə və tibbi ləvazimatların təchizat zəncirinə mane olur.

Epidemiyanın ön cəbhəsində çalışan tibb işçiləri də avqustun əvvəlində maaşlarının ödənilməməsinə və ağır iş şəraitinə etiraz olaraq tətilə çıxıblar.

Uqandada Ebola epidemiyası başa çatıb

Bu arada, Uqanda avqustun 28-də yeni yoluxma halı 42 gün ərzində qeydə alınmadıqdan sonra Ebola virusundan azad ölkə elan edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev