Ebola epidemiyası illərlə davam edə bilər - İnfeksiyaya qarşı effektiv mübarizə aparılmır
13.08.2026 09:08

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması əhali arasında kollektiv immunitet formalaşdıqdan sonra başa çata bilər. Qamaleya Mərkəzinin elmi rəhbəri Aleksandr Ginsburqun qiymətləndirməsinə görə, bu proses bir neçə il çəkə bilər.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, vəziyyəti Ebola virusunun Bundibugio ştamına qarşı vaksinin hazırlanması dəyişə bilər. Lakin ekspertlər bildirirlər ki, belə vaksinin nə vaxt hazırlanacağını hazırda proqnozlaşdırmaq mümkün deyil. Rusiyanın vaksin hazırlayan mütəxəssisləri Afrika ölkələrindən maraq olacağı təqdirdə canlı virusla təcrübələr aparmağa hazır olduqlarını bildiriblər.

Öz preparatlarının sınaqlarına başlamaq barədə Oksford Universiteti və Moderna şirkəti də məlumat verib. Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 4 mini ötüb. Yeni virus variantına qarşı effektiv mübarizə vasitələrinin olmadığı şəraitdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq mövcud olan Ebola vaksininin bu ştama qarşı effektivliyinin yoxlanılmasını tövsiyə edir.

Ebola epidemiyası nə qədər davam edə bilər?


Konqo Demokratik Respublikasında hazırkı epidemiyaya səbəb olan Bundibugio Ebola ştamına qarşı vaksinin olmaması səbəbindən epidemiya yalnız təbii kollektiv immunitet formalaşdıqdan sonra başa çata bilər. Qamaleya Mərkəzinin elmi rəhbəri Aleksandr Ginsburq «İzvestiya»ya bildirib ki, bunun üçün illər lazım ola bilər.

Epidemiyanın nə vaxt başa çatacağını dəqiq proqnozlaşdırmaq çətindir. Hazırda vaksin olmadığı üçün infeksiyanın yayılmasını peyvəndləmə yolu ilə məhdudlaşdırmaq mümkün deyil. Yerli əhali virusla davamlı təmasda olur və müəyyən qorunmanı hətta ana südü vasitəsilə əldə edir. Buna görə də, xüsusilə kənd rayonlarında əhalinin müəyyən hissəsi artıq müəyyən dərəcədə qorunur. Digər insanlar isə xəstəliyi keçirərək immunitet qazanacaqlar.

Alimin sözlərinə görə, epidemiya təbii yolla kollektiv immunitet formalaşdıqda sona çata bilər. Bunun nə qədər sürətlə baş verəcəyi isə insanların nə qədər intensiv hərəkət etməsindən və virusun müxtəlif ərazilər arasında yayılmasından asılı olacaq. Bu, aylarla deyil, illərlə davam edə biləcək prosesdir.

İmmunoloq Mixail Bolkov da Ebola epidemiyasının bir neçə il davam edə biləcəyini düşünür. Onun sözlərinə görə, infeksiya Afrikada yeni əhali qrupları arasında yayılır. Bu ərazilərdə tam sanitariya nəzarəti sistemi yoxdur və tibbi yardıma çıxış imkanları da çox vaxt məhduddur.

Vaksin vasitəsilə immunizasiya vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Lakin həkimlərin belə bir preparatı real olaraq nə vaxt əldə edəcəyini indidən demək demək olar ki, mümkün deyil. Əvvəlcə vaksinin sınaqları aparılmalıdır və klinik tədqiqatların müddəti hər konkret halda fərqlənir. Daha sonra genişmiqyaslı peyvəndləmənin təşkili tələb olunur ki, bu da bölgədəki real vəziyyətdən asılıdır.

Ekspert həmçinin qeyd edib ki, bölgədə davam edən müharibə vaksinasiya prosesinin təşkilini daha da çətinləşdirir.

RUDN Universitetinin epidemiologiya və ftiziatriya kursları ilə Yoluxucu Xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski isə əvvəlki Ebola epidemiyalarının təcrübəsinin göstərdiyini bildirib ki, peyvəndləmə infeksiyanın yayılmasının məhdudlaşdırılmasında effektiv vasitə ola bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub