ÜST: Münaqişə və yağışlar Sudandakı vəba böhranını daha da dərinləşdirir
11.07.2026 16:28

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın məlumatına görə, ölkədə davam edən silahlı münaqişə, əhalinin kütləvi köçü və yağış mövsümünün başlanması humanitar böhranı daha da dərinləşdirə bilər.

 

Aztibb.az "Africanews"a istinadən yazır ki, ÜST iyunun 27-də Sudanda elan edilmiş vəba epidemiyası nəticəsində indiyədək azı 114 nəfərin həyatını itirdiyini, 1300-dən çox insanın isə yoluxduğunu bildirib. Xəstəlik ölkənin bir neçə vilayətində, xüsusilə Darfur və Kordofan bölgələrində yayılıb. Həmin ərazilərdə təhlükəsizlik vəziyyətinin ağır olması səbəbindən humanitar yardım və səhiyyə işçilərinin fəaliyyəti ciddi şəkildə çətinləşib.

 

ÜST-nin Sudandakı nümayəndəsi Şibl Səhbani Cenevrədə jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə bildirib ki, ölkədə vəba yenidən yayılmağa başlayıb. Onun sözlərinə görə, bu xəstəlikdə ölüm göstəricisi 13,7 faiz təşkil edir ki, bu da olduqca yüksək səviyyədir.

 

Təşkilatın qiymətləndirməsinə əsasən, Sudan hazırda dünyanın ən böyük humanitar böhranı ilə üz-üzədir. Ölkədə 33 milyondan çox insanın humanitar yardıma, 21 milyon nəfərin isə səhiyyə xidmətlərinə ehtiyacı var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev