ÜST həyəcan təbili çalır: KDR-də Ebola virusu nəzarətdən çıxır
19.08.2026 12:45

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası sürətlə yayılmaqda davam edir. Ölkədə qeydə alınan yoluxma hallarının ümumi sayı artıq 5 min nəfərlik həddi aşıb.

Aztibb.az "SBS News" a istinadən yazır ki, Ümumdünya Səhiyyə Təşkilatının Afrika üzrə Regional Bürosunun məlumatına görə, cari ilin 18 avqust tarixinə olan vəziyyətə əsasən, KDR-də təsdiqlənmiş yoluxma sayı 5 021 nəfərə çatıb. Onlardan 2 378 nəfəri həyatını itirib ki, bu da 47,4 faizlik letallıq göstəricisi deməkdir.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Fövqəladə Hallar Komitəsinin iclasında çıxış edərək xəstəliyin misli görünməmiş sürətlə yayıldığını və prosesin hələ də nəzarət altına alına bilmədiyini vurğulayıb: "Açıq desəm, bu epidemiya nəzarətdən çox uzaqdır. Ebola virusunun yayılma tempi lap əvvəldən bizi qabaqlayırdı və biz hələ də vəziyyəti sabitləşdirməyə çalışırıq."

Məlumatda həmçinin qeyd olunur ki, ÜST hazırkı təhlükəli "Bundibuqio" ştammı ilə mübarizə üçün beynəlxalq ictimaiyyətdən 115 milyon dollar maliyyə yardımı istəsə də, tələb olunan məbləğin indiyədək yalnız 60 faizini cəlb etmək mümkün olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib