Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
02.12.2020 14:33

Azərbaycanda koronavirusa yoluxan insanların 81 faizə qədəri xəstəliyi yüngül simptomlarla keçirir.

 

Aztibb.az-ın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib.

 

N.Mustafayeva bildirib ki, həmin xəstələr evdə müalicə oluna bilirlər. O, qeyd edib ki, virusu əsasən ürək-damar xəstəliyi olan, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, arterial hipertenziyası, xərçəng xəstəliyi, xroniki xəstəliyi olan insanlar ağır keçirir.

 

TƏBİB rəsmisi bildirib ki, bəzi insanlar həkim təyinatı olmadan antibiotiklərlə, sistem vurulması və digər dərman peraparatları ilə özlərini müalicə etməyə çalışırlar: “Lakin sonrakı dövrlərdə daha da ağırlaşmış hallarda xəstəxanalara müraciət edirlər ki, bu da çətinliklər yaradır”.

 

Bütün bunların yolveriməz olduğunu bildirən N.Mustafayeva panikaya yol verilməməyin vacibliyini qeyd edib.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi