Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
02.12.2020 14:12

Azərbaycanda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan “e-Təbib” mobil tətbiq əlavəsini telefonuna yükləyənlərin və ondan istifadə edənlərin sayı azalıb.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.

 

Onun sözlərinə görə, “e-Təbib” mobil tətbiq əlavəsinin cəmi yüklənmə sayı 398754-dir. Proqramdan faktiki aktiv istifadə edənlərin sayı isə 61546 nəfərdir.

 

F.Niftəliyev “e-Təbib” vasitəsilə koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin müəyyən edildiyini və bu baxımdan onun xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

 

Virusun yayılmasının qarşısının alınması üçün insanları "e-Təbib" əlavəsindən istifadə etməyə çağıran F.Niftəliyev onlara bu proqramı yükləməyi və bundan aktiv istifadə etməyi tövsiyə edib:

 
“Proqram "bluetooth" texnologiyası əsasında, internet trafiki sərf edilmədən işləyərək yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur. Nəticədə koronavirusa yoluxma ehtimalı yüksək olan şəxsləri – “sarı statuslu” insanları müəyyən edir. “Sarı statuslu” hər 3-4 nəfərdən biri virusa yoluxmus olur. Çünki biz görürük ki, “sarı” statuslu insanlar artıq “qırmızı” statuslu olub. Bu, o deməkdir ki, “ sarı” statuslu şəxslərin müəyyən edilməsi sistemi effektiv işləyir, sadəcə hamı ondan istifadə etmir”.

 

F.Nurullayev “e-Təbib” tərəfindən müəyyən edilən “sarı” statuslu şəxslərin hazırkı sayının 3524 olduğunu da açıqlayıb.

 

Qeyd edək ki, COVID-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olan insanlar "sarı" statuslu hesab edilirlər. İndiki dövrlə müqayisədə, yoluxma sayının daha az olduğu iyul ayında sistem tərəfindən müəyyən edilən “sarı” statuslu şəxslərin sayı 5000 nəfərdən çox idi. İyulda proqramın 215 minə yaxın aktiv istifadəçisi var idi.

 

Xatırladaq ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirlər. “E-Təbib” mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuzdur. “İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər