Müxtəlif ölkələrdə koronavirusla bağlı son statistika
02.12.2020 10:50

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 270 nəfər yoluxub.

 

Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 1 084 743 nəfərə çatıb.

 

Son 24 saat ərzində 487 nəfər vəfat edib və bununla da indiyədək Almaniyada koronavirusa yoluxaraq ölənlərin ümumi sayı 17 123 nəfərə yüksəlib.

 

Böyük Britaniyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 13 430, ölənlərin sayı isə 603 nəfər olub.

 

Bir gün əvvəl isə müvafiq olaraq, yoluxma sayı 12 330, ölənlərin sayı isə 205 nəfər olmuşdu. 

 

Ümumilikdə pandemiya dövründə krallıq üzrə 1 643 086 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Yeni növ virusdan ölənlərin sayı 59 051 nəfərdir.

 

Rusiyada son sutka ərzində daha 25 345 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Ölkədə koronavirusa yoluxanların 2 347 401 nəfərə çatıb.

 

Son sutka ərzində 589 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə virusdan ölənlərin sayı 41 053 nəfərə çatıb.

 

Gürcüstanda son sutka ərzində COVID-19 infeksiyasına 4 043 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 143 376 nəfərə, ölənlərin sayı isə 1 342 nəfərə çatıb.

 

Koronavirusa yoluxanlardan 121 621 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda ötən gün ərzində bu infeksiyaya 1 264 nəfər yoluxub, 35 nəfər virusdan dünyasını dəyişib.

 

Ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 137 231 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 228 nəfərə çatıb.

 

Ümumilikdə Ermənistanda xəstəlikdən sağalanların sayı 111 795 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər