İsrail koronavirusun üçüncü dalğasına hazırlaşır
02.12.2020 10:50

İsrail yeni növ koronavirus infeksiyasının üçüncü dalğasının astanasındadır. Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı Xidmətləri rəhbəri Şeron Elroy-Preys bildirib.

 

O, gündəlik yoluxma hallarının artması barədə ictimaiyyəti xəbərdarlıq edib, ölkənin üçüncü dalğanın başlanğıcında olduğunu söyləyib.

 

Ş. Preys son 24 saatda 1200-dən çox insanda virus aşkarlandığını, bunun oktyabrdan bu yana ən yüksək rəqəm olduğuna diqqət çəkib.

 

Yoluxmanın artacağını istisna etməyən Preys tətbiq edilən karantindən istədiyi nəticəni ala bilmədiyini deyib. 

 

Xatırladaq ki, İsrail epidemiyanın birinci dalğasından xilas olmuş, çox az sayda yoluxma faktı qeydə alınmışdı. İyul ayında başlayan və oktyabr ayına qədər davam edən ikinci dalğa ölkədə çox təsirli olmuş və gündəlik yoluxma 9 mini keçmişdi. Bu səbəbdən İsrail rəhbərliyi sentyabr ayının ortalarında 3 həftədən çox davam edən karantinin tətbiqinə başlamışdı. Karantin sayəsində test nəticələri pozitiv çıxanların sayı 600-dən aşağı düşmüşdü. 

 

Qeyd edək ki, ölkədə ümumilikdə 337 min 422 nəfər virusa yoluxub, 2867 vətəndaş ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər