"Hər 100 uşaqdan 5-i koronavirusu ağır klinik əlamətlərlə keçirir" - Həkim-Pediatr Günay Rəsulova
01.12.2020 21:39
Uşaqlarda koronavirus infeksiyası çox zaman simptomsuz və ya yüngül əlamətlərlə keçir. Bu, onlarda infeksiyaya immun cavabın böyüklərdən fərqli olması ilə əlaqəlidir.
 
Bu barədə məlumatı həkim-pediatr Günay Rəsulova "Mədəniyyət TV"də uşaqlarda koronavirus infeksiyası barədə danışarkən deyib: 
 
"Böyüklər COVID-19-a yoluxduğu zaman güclü sitokin ifrazı baş verir ki, bu sitokinlər orqan sistemlərini zədələyir. Xoşbəxtlikdən uşaqların immun sistemi tam formalaşmadığı üçün belə bir reaksiya baş vermir və uşaqlar bu xəstəliyi yüngül keçirir. Orta statistik rəqəmlə ifadə etsək, hər 100 uşaqdan 10-u bu xəstəliyi aşkar klinik, hər 100 uşaqdan 5-i isə ağır klinik əlamətlərlə keçirir. Hətta koronaviruslu uşaqlarda “Kawasaki bənzəri sindrom” əmələ gələrək bütün orqan və sistemlərin zədələnməsinə də gətirib çıxara bilər.
 
Eyni zamanda risk qrupuna aid uşaqlar var ki, məsələn, anadangəlmə immun çatışmazlığı, xroniki ağciyər-bronx xəstəliyi, ağır astma xəstəliyi olan və s. uşaqlarda bu xəstəlik daha ağır formada gedə bilər. Odur ki, uşaqları koronovirusdan qorumaq çox vacibdir".
 
Uşaqların immun sisteminin formalaşmasında havanın rolundan danışan pediatr azyaşlıları havaya çıxararkən toplu insanların olduğu yerlərdən kənar gəzməyi tövsiyə edib. Eyni zamanda uşaqların normal inkişafı üçün onların yuxu rejiminə diqqət edilməsinin vacibliyini vurğulayıb. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub