Türkiyədə COVID-19 peyvəndinin tətbiqinə bu tarixdən başlanılacaq
01.12.2020 20:17

Dekabrda Türkiyəyə ən az 10, böyük ehtimalla isə təxminən 20 milyon doza Çin istehsalı peyvənd gətiriləcək. Bu rəqəm yanvarda da 20 milyon, fevralda isə 10 milyon təşkil edəcək. Ölkə əhalisinin peyvəndlənməsi prosesinin dekabrın 11-dən etibarən başlanılması planlaşdırılır. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, sonra isə risk qruplarına daxil olanlara tətbiqi nəzərdə tutulur.

 

Bu fikirləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə COVID-19 peyvəndinin tətbiqi ilə bağlı açıqlamasında bildirib.

 

Yerli peyvəndin aprel ayından etibarən aktiv şəkildə tətbiqinin nəzərdə tutulduğunu deyən nazir bildirib: “COVID-19 peyvəndi ilə bağlı ilkin anlaşmalar əldə edilib. Bu razılaşmalara əsasən dekabr-fevral ayları ərzində Çin istehsalı olan “Sinovac” peyvəndinin 50 milyon dozasının mərhələli şəkildə Türkiyəyə gətirilməsi planlaşdırılır. Hazırda elmi şurada vətəndaşların peyvəndlənməsi prosesinin aparılması, peyvəndin əvvəlcə kimlərə vurulacağı ilə bağlı müzakirələr aparılır. Türk professorlar Uğur Şahin və Özlem Türeci tərəfindən qurulan Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətlərinin ortaq hazırladıqları COVID-19 peyvəndinin də ölkəmizə idxalı ilə bağlı danışıqlar aparılır. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə bu peyvəndin dekabr ayında 1, sonra isə 25 milyon dozasının Türkiyəyə gətirilməsi planlaşdırılır. Belə olacağı təqdirdə ümumilikdə 75 milyon doza COVID-19 peyvəndinin ölkəmizə gətirilməsi nəzərdə tutulur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər