Merkeldən koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq
01.12.2020 17:40

Almaniya Kansleri Angela Merkel üçüncü koronavirus dalğası barədə xəbərdarlıq edib.

 

Aztibb.az “Reuters”ə istinadən xəbər verir ki, Kanslerin sözlərinə görə, Almaniyada 2 noyabrda yumşaq karantin tədbirlərinin tətbiq olunmasından sonra yoluxma hallarının sayı sabitləşib. Bununla birlikdə, Kansler vəziyyətin hər an dəyişə biləcəyini qeyd edib.

 

“Qışda çox diqqətli olmalıyıq. Əks təqdirdə yeni bir dalğa olacaq”, - deyə Kansler bildirib.

 

Merkel bununla əlaqədar olaraq Milad tətilində məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsinə də qarşı çıxıb.

 

Daha əvvəl Almaniyada noyabr ayının sonuna qədər qüvvədə olan sərt karantinin 20 dekabr tarixinə qədər davam edəcəyi və ehtimal ki, gələn ilin yanvar ayının sonuna qədər uzadılacağı açıqlanmışdı.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi