Baş infeksionist: Yoluxanların əksər hissəsi xəstəliyi simptomsuz, yüngül və orta ağır keçirir
01.12.2020 15:11

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların 20 faizi xəstəliyi ağır, 5 faizi kritik, əksər hissəsi isə simptomsuz, yüngül və orta ağır keçirirlər. Xəstələrin 1,3 faizində ölüm halları müşahidə edilir.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

Baş infeksionist xəstəliyin yayılma səbəbləri barədə deyib: “Kəskin respirator virus infeksiyası fəsillə əlaqədardır, soyuq hava şəraitində, xüsusilə payız-qış aylarında ona yoluxanların sayında artım baş verir. Yeni növ koronavirus infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən martda elan olunduğunu nəzərə alsaq, onun yayılmasının bir ili tamam olmayıb. Ona görə də xəstəliyin mövsümü xarakter daşıyıb-daşımadığını demək hələ tezdir. Bunun üçün müəyyən vaxt ötəndən sonra aparılan araşdırmalar nəticəsində müəyyən qənaətə gəlmək olar. Havalar soyuyanda insanlar daha çox qapalı məkanlarda toplaşırlar. Təbii ki, belə şəraitdə daha çox təmaslar olur, həmin məkanlarda havalandırma olmur, nəfəsliklər açılmır. Bu səbəblər də infeksiyanın artmasında başlıca rol oynayır”.

 

Orqanizmin normal fəaliyyəti və maddələr mübadiləsinin gedişi üçün müxtəlif miqdarda vitamin və minerallar tələb olunur. Onların çatışmadığı təqdirdə orqanizm normal fəaliyyət göstərə bilməz. Baş infeksionist bununla əlaqədar deyib: “Həkimlər daha çox balanslaşdırılmış miqdarda olan polivitaminlərin qəbul edilməsini üstün tuturlar. Xəstələrin iki halda onu qəbul etməsi məsləhət bilinir. Birincisi, xarici səbəblərdir, məsələn, deyək ki, qış fəslidir və xəstənin həmin vitaminlərlə qidalanmaq imkanı yoxdursa və yaxud xəstə meyvə-tərəvəzlə qidalanmağı xoşalmırsa, həmin halda məsləhət görürük. İkincisi, daxili səbəblərdir, yəni kifayət qədər vitamin qəbul olunur, amma orqanizmdə mənimsənilmir. Bu, əsasən mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri zamanı baş verir. Bağırsaqda müəyyən mikroflora var və onun pozulması bir sıra vitaminlərin sintezində problemlər yaradır. Antibiotiklərin nizamsız və qeyri-düzgün istifadəsi mikrofloranı zədələyir və mübadilə prosesinin pozulmasına səbəb olur. Belə xəstəliklər olanda xəstəyə daha artıq miqdarda vitamin vurulur ki, onların sorulmasına kömək etsin.

 

İmmunitet sistemi ilboyu eyni qüvvədə qalmır. Yaz və payız aylarında xroniki xəstəliklərin kəskinləşdiyi bir faktdır və bu, həm də immun sistemindəki dəyişikliklərlə əlaqədardır. İmmun sisteminin qidalanma ilə tənzimlənməsi düzgün yoldur, çünki möhkəm immunitet sistemi xarici patogenlərlə mübarizədə daha yaxşı reaksiya göstərir və yoluxma sayının azalmasında rol oynaya bilər. Lakin yalnız bu faktorla məsələ həll olunmur, digər faktorlar da var. İmmunitetin möhkəm olması üçün qidalanmadan başqa stressdən uzaq olmaq, normal yuxu və fiziki aktivlik də əsas şərtdir. Bunlar kompleks halda immuniteti yüksəldə bilər, yəni immunitet nə qədər adekvatdırsa, yoluxma sayı da o qədər azala bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər