Müxtəlif ölkələrdə koronavirusla bağlı son vəziyyət
01.12.2020 11:09

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması bütün ölkə üzrə kütləvi xarakter alıb.

 

Noyabrın 30-da qardaş ölkədə 176 min 656 nəfər testdən keçirilib. Onlardan 31 min 219 nəfərdə virus əlaməti aşkarlanıb, 6 min 514 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 188 nəfər ölüb, 4 min 485 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 500 min 865 nəfərdə virus aşkarlanıb, 13 min 746 nəfər ölüb. Hazırda gündəlik yoluxma və ölüm halında sürətli artım müşahidə olunur.

 

Braziliyada son sutka ərzində daha 21 138 nəfərin koronavirus infeksiyasına yoluxması, 287 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 6 335 878 nəfər yoluxub. Bu müddət ərzində 173 120 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Rusiyada daha 26 402 nəfər COVID-19-a yoluxub.

 

Ölkədə COVID-19-a yoluxanların 2 322 056 nəfərə çatıb.

 

Son sutka ərzində Rusiyada 569 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 40 464 nəfərə çatıb.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 475 min 362 nəfərə çatıb.

 

Son 24 saat ərzində 3 min 826 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 11 min 331 nəfərdir. 353 min 188 nəfər sağalıb.

 

Latviyada COVID-19 infeksiyasına yoluxmuş 44 nəfər xəstəxanaya yerləşdirilib ki, bununla da xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin ümumi sayı 510 nəfərə çatıb.

 

Ölkədə xəstələrdən 478 nəfərinin vəziyyəti orta-ağır, 32 nəfərin vəziyyəti isə ağırdır. Son sutka ərzində 10 pasiyent xəstəxanadan evə buraxılıb.

 

Gürcüstanda son sutka ərzində COVID-19-a 3 759 yoluxma halı qeydə alınıb, 36 nəfər bu virusdan ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 139 342 nəfərə, ölənlərin sayı isə 1 303 nəfərə çatıb.

 

Ermənistanda isə ötən gün 843 nəfər koronavirusa yoluxub.

 

Ölkədə COVID-19-a yoluxanların sayı 135124 nəfərə çatıb.

 

Ötən sutka 29 nəfər bu xəstəlikdən ölüb. Ölkə üzrə indiyədək koronavirusdan ölənlərin sayı 2193 nəfərdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər