Antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə edilməlidir
30.11.2020 23:18

Pandemiya dövründə antibiotiklərdən yanlış istifadə aktuallıq kəsb edir. Təəssüf ki, ölkəmizdə də yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin bir çoxu evdə həkim məsləhəti olmadan həmin dərmanları qəbul edirlər. Həkim-terapevt bildirir ki, virusla bağlı şikayətlərdə simptomların müddəti 5-7 gün, bəzən də üç həftəyədək davam edə bilər. Əlamətlərin şiddətli olması da antibiotik istifadəsi üçün səbəb deyil.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalı Reanimasiya və anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov deyib: “Xəstədə koronavirusla yanaşı, digər bakterial infeksiyalar baş qaldırır, həmin xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün antibiotiklərdən istifadə tibbi göstəriş olur və onu təyin edirlər. Bundan əvvəl təyin olunan antibiotiklər həm immun sisteminin zəifləməsinə, həm də orqanizmdə şərti patogen bakteriyaların ona qarşı dözümlülüyünün yaranmasına aparıb çıxarır. Bu da xəstəliyin ağırlaşması zamanı həmin dərman preparatından istifadənin səmərəsizliyinə, nəticədə xəstəliyin daha da ağırlaşmasına səbəb olur”.

 

Bəzən uşaqlarda xəstəliyin simptomları ağır olur, qızdırma yüksəlir və bir neçə gün davam edir. Bu zaman valideynlər çıxış yolunu antibiotiklərdən istifadədə görürlər. Həkim-pediatr Nigar Mirzəyevanın dediyinə görə, preparatın qəbulu zamanı valideynlər bəzi məqamlara diqqət yetirməlidirlər: “Antibiotiklərin verilmə dozası və müddəti böyük əhəmiyyət kəsb edir. Onların bəzisi 3, bəzisi 10 günə qədər istifadə edilə bilər və bu, onun növündən asılıdır. Bəzən antibiotiklər təyin ediləndən bir müddət sonra simptomlar aradan qalxan kimi onun dozasını azaldır və dayandırırlar. Əslində bu, ən böyük yanlışlardan biridir. Bu, çox vaxt orqanizmdə məhv olmayan mikrobun antibiotikə qarşı daha rezistent, yəni daha dayanıqlı hala gətirilməsinə səbəb olur”.

 

Antibiotiklərin ən ciddi əks təsirlərindən biri anafilaktik şokdur, həmçinin həmin preparatlardan uzunmüddətli istifadə ağciyər və böyrək çatışmazlığına səbəb ola bilər. Ona görə də, xəstəliklə əlaqədar hər hansı narahatlıq zamanı vaxtında həkimə müraciət edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər