Rəşad Mahmudov koronavirusdan sağalmağın sadə yollarını açıqladı: Bal, çay və mürəbbə...
30.11.2020 21:02

“Bugünə kimi COVID-19 virusu haqqında sayını bilmədiyim qədər müsahibələr verdim, TV verilişlərdə çıxış etdim və dünyada olan təcrübələri həm öyrəndim, həm də ictimaiyyətlə paylaşdım. Bu gün isə virusa yoluxmuş və sağalmış fərd kimi təcrübəmi, o cümlədən mövcud olan təhlükəni və müalicə metodunu paylaşmaq istəyirəm”.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ünvanladığı video müraciətdə deyib. Ona ünvanlanan çox sayda suallara cavab verən həkim qeyd edib ki, ölkə səhiyyələrinin qarşılaşdığı ən böyük problemlərdən biri zaman içərisində çarpayı və bu mübarizədə istifadə olunan insan resurslarının tükənməsi təhlükəsidir:

 

“Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim. Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım. İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

 

Virusun ən çox istədiyi məqam insanların stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stressə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, virutik şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

 

Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, “Deksametazon” kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır”.

 

Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər