Kambocada COVID-19-a ilk yoluxma ilə bağlı karantin tədbirləri görülüb
30.11.2020 14:31

Kambocada COVID-19-lə bağlı yerli yoluxma hallarının sayı daha 8 nəfər artaraq 14-ə çatıb.

 

Bu barədə Baş nazir Samdeç Reço Hun Sen bildirib.

 

İlk yerli yoluxma halları şənbə günü paytaxt Phnom Pen şəhərində və şimal-qərb Siem Reap əyalətində yaşayan və koronavirus testinin müsbət çıxdığı 56 yaşında olan ər-arvadın və 4 nəfər ailə üzvünü olub. Bu barədə dünən Səhiyyə Nazirliyi sözçüsü Or Vandine bildirib.

 

Onun sözlərinə görə, həmin qadının bu günlərdə baş çəkdiyi “Aeon Mall 1” AVM, kişinin isə istirahət etdiyi “Phnom Penh Hotel”-in onlarla təmasda olan şəxsləri yoxlamaq məqsədi ilə bir neçə günlüyə bağlanıb. Təhsil naziri Hanq Çuon Naron da həmin cütlüyün övladlarının təhsil aldığı Amerikan Qitələrarası Məktəbinin Çak Anqre filialının da eyni şəkildə müvəqqəti bağlandığını açıqlayıb.

 

Baş nazir 2 248 nəfərin testdən keçirildiyini, onlardan 14-nün nəticələrinin müsbət çıxdığını, sadalanan şəxslərlə təmasda olan hər kəsin 14 günlük təcrid rejimində qalmasının vacibliyini vurğulayıb.

 

Bazar günü ölkə boyu məktəblərin, habelə paytaxtda mehmanxana və AVM-lərin iki həftəlik bağlanmasına dair qərar çıxarılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər