"Hər kəs koronavirusa qarşı qəti bir mövqe nümayiş etdirməlidir"
30.11.2020 11:28
“Koronavirusdan qorunmaq üçün yalnız tibbi maskalardan istifadə deyil, həm də sosial məsafənin gözlənilməsi və gigiyena qaydalarına riayət olunması vacibdir".
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşı Şəhla Mirzəzadə "ATV Qərargah" verilişinə müsahibəsində bu barədə məlumat verib.
 
Koronavirusdan qorunmaq üçün böyük əhəmiyyətə malik addımlar barədə danşan həkim bildirib ki, yalnız kompleks şəkildə tələblərə düzgün riayət olunması virusla mübarizədə effektiv ola bilər:
 
"Rəqəmlərin artmasında ən böyük səbəblərdən biri də odur ki, biz tələblərə düzgün riayət etmirik. İnsanlar sosial məsafənin qorunması və gigiyenanın tələblərinə riayət olunmasında maraqlı olmalıdırlar. Maska taxırıqsa, onun xarici səthinə toxunmamalıyıq. Çünki xarici səth infeksiyalaşmış hesab edilir. Bəzən insanlar bir maskadan günlərlə istifadə edilər, bu düzgün deyil.
 
Hər kəs koronavirusa qarşı qəti bir mövqe nümayiş etdirməlidir. Normal həyatımıza maksimum şəkildə tez qayıtmaq üçün bütün tələbləri nəzərə almalıyıq. Tədqiqatlar göstərir ki, iki insan sosial məsafəni qoruduqda və maska taxdıqda yoluxma minimuma enir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər